Gəncədə mikroavtobus yanıb - FOTO
    • 7-03-2023, 01:40
    • 192

Gəncədə mikroavtobus yanıb - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mervedes Vito” markalı mikroavtobus anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı avtomobilər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/