Finlandiya Rusiya ilə sərhəddə oyun meydançası hasarı çəkdi - FOTO
    • 17-05-2023, 09:18
    • 223

Finlandiya Rusiya ilə sərhəddə oyun meydançası hasarı çəkdi - FOTO

Finlandiya Rusiya ilə sərhəddə qurulan səddinin sınaq hissəsinin fotosunu dərc ediblər.

News24.az xəbər verir ki, sözügedən görüntü "Twitter" istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzilə hətta səddi "oyun meydançası üçün hasar" adlandırıblar. 

Finlandiya Sərhəd Mühafizəsi bu fotonu dərc edərkən bildirib ki, bu hasarın tikintisi qeyri-qanuni sərhəd keçidlərinin sayını azaltmağa kömək edəcək.

O, vətəndaşları əmin edib ki, bu hissə hələ tamamlanmayıb və tezliklə onun üzərinə tikanlı məftillər çəkiləcək.

Qeyd edək ki, hasarın uzunluğu təxminən 200 kilometr olmalıdır. Onun tikintisinin üç-dörd il çəkəcəyi planlaşdırılır. /Ilta-Sanomat/