Begemot qayığa hücum etdi: 1 NƏFƏR ÖLDÜ, 23 NƏFƏR İTKİN DÜŞDÜ
    • 17-05-2023, 09:41
    • 244

Begemot qayığa hücum etdi: 1 NƏFƏR ÖLDÜ, 23 NƏFƏR İTKİN DÜŞDÜ

Şərqi Afrikanın Malavi ölkəsində, Mozambik sərhədinə yaxın Şire çayının Nsanje bölgəsində begemot qayığa hücum edib.

News24.az xəbər verir ki, batan qayıqda bir uşağın həyatını itirdiyi, 23 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Səlahiyyətlilər 14 nəfərin öz imkanları və ya ətrafdakıların köməyi ilə batan qayıqdan sağ çıxdığını bildirib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi və sağ qalanların tapılması ilə bağlı ümidlərinin azaldığı vurğulanıb. 

Qayığın tarlada işləmək üçün çayı keçən kəndlilərlə dolu olduğu deyilib. Begemotun qayığa nə üçün hücum etdiyi hələlik məlum deyil.

Dişi begemotların son dərəcə aqressiv olduğu bilinsə də, Afrikada ildə təxminən 500 insanın begemot hücumlarından öldüyü təxmin edilir. /NTV Türkiye/