Azərbaycanda bu məktəb bağlanır? - QALMAQAL - VİDEO
    • 18-05-2023, 10:55
    • 591

Azərbaycanda bu məktəb bağlanır? - QALMAQAL - VİDEO

Şirvan şəhərində yerləsən 14 saylı məktəbin bağlanacağı barədə məlumat yayılıb.

News24.az xəbər verir ki, səhər saatlarında övladılarını məktəbə gətirən valideynlər, eləcə də təhsil müəssisində çalışan pedaqoji kollektiv məktəbin fəaliyyətinin naməlum səbəblərdən dayandırılacağı xəbərini eşidiblər.

Bu addımın hansı səbəbdən atıldığı məlum olmasa da, valideynlər və müəllimlər təhsil ocağının fəaliyyətinin dayandırılmasına etiraz ediblər.

Vətəndaşlar  iddia edir ki, məktəbəqədər hazırlıq  quruplarına və birinci sinfə onlayn qəbul dayandırılıb. Burada şagird sayının az olması məktəbin bağlanmasına səbəb kimi göstərilir.

Məktəbdə Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi də olub. Burada valideynlər və pedaqojı heyətlə görüş keçirilib. Bildilib ki, məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur.

Qeyd edək ki, sözügedən məktəbdə 300 nəfərə yaxın şagird təhsil alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: