Masallıda şagird məktəbin 3-cü mərtəbəsindən yıxılaraq xəsarət alıb
    • 16-01-2023, 21:30
    • 179

Masallıda şagird məktəbin 3-cü mərtəbəsindən yıxılaraq xəsarət alıb

Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F. qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.

Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Qeyd edilib ki, hazırda xəstənin vəziyyəti stabildir və şagirdə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər. /APA/