Milli Depozit Mərkəzində türkiyəli nümayəndələrlə görüş keçirilib
    • 18-02-2019, 12:06
    • 1 161

Milli Depozit Mərkəzində türkiyəli nümayəndələrlə görüş keçirilib

Milli Depozit Mərkəzində (MDM) Türkiyənin Mərkəzi Depozitarı MKK-nın nümayəndələri Özgür Uysal və Gökçe İliriş ilə görüş keçirilib. 

News24.az MDM-in rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı iki təşkilat arasında əməkdaşlıq perspektivləri, o cümlədən, nomnial saxlayıcı hesabının açılması müzakirə edilib. Daha sonra iştirakçılar arasında mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 04.09.2014-cü il tarixində Azərbaycanın və Türkiyənin maliyyə xidmətləri bazarlarının, o cümlədən, depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılması istiqamətində yeni xidmətlərin inkişaf etdirilməsi, əməliyyatlar üzrə iş birliyinin yaradılması və məlumat mübadiləsinin gücləndirilməsi məqsədi ilə MDM və MKK arasında Anlaşma Memorandumu imzalanıb.

Nigar MƏMMƏDLİ