Paşinyanın oğlu onu qaçırmağa çalışan qadınla ÜZLƏŞDİRİLƏCƏK
    • 18-05-2023, 13:53
    • 253

Paşinyanın oğlu onu qaçırmağa çalışan qadınla ÜZLƏŞDİRİLƏCƏK

Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Jora Qayane Martirosyan səhhətində problem yaranması səbəbindən yerləşdirildiyi Erebuni tibb mərkəzindən təcridxanaya aparılıb.

News24.az bildirir ki, bu barədə vəkil Ruben Melikyan öz Facebook səhifəsində məlumat verib.

“Dünən gecə, gec saatlarda xanım Qayane Erebunidən məhbusların saxlandığı yerə köçürüldü. Məni xəstəxananın çoxsaylı girişlərindən birindən çıxardılar” - vəkil bildirib. Dediyinə görə, bu gün qadının qaçırmağa cəhd etdiyi Aşot Paşinyanla üzləşməsi həyataq keçiriləcək.

Vəkil daha sonra əlavə edib: “Naməlum yollarla “Haykakan Jamanak”ın əlinə keçən “məlum” videoyazıya baxanların diqqətinə çatdırmaq istərdim ki, həmin vaxt avtomobildə cəmi iki nəfər olub – Xanım Qayane (sürücü) və Aşot P (sərnişin). Sonuncu iddia edir ki, həmin an onu oğurlayıblar”.

Bundan əvvəl Melikyan Facebook səhifəsində bildirib ki, ölən əsgərin anası xanım Qayane təcili yardım maşını ilə onlarla vətəndaşın toplaşdığı Erebuni tibb mərkəzinə aparılıb. Vəkilin qeyd etdiyi kimi, Qayane Martirosyan hələ də gecə saat 3-ə kimi tibb məntəqəsində olub.