"Səhhətimlə bağlı hər şey qaydasındadır" - Ramiz Məlik
    • 18-05-2023, 16:39
    • 464

"Səhhətimlə bağlı hər şey qaydasındadır" - Ramiz Məlik

Xalq artisti Ramiz Məlik səhhəti ilə bağlı fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, o, apa-ya açıqlamasında səhhətinin normal olduğunu deyib.

“Evdəyəm, hər şey qaydasındadır, müalicə alıram”, - Ramiz Məlik qeyd edib.

Xatırladaq ki, Xalq artisti bir müddətdir onkoloji xəstəlikdən müalicə alır. O, ötən gün özünün sosial media hesabında paylaşım edərək səhhəti ilə maraqlanan kəslərə, xüsusi diqqət göstərən adamlara təşəkkürünü ifadə edib.