22 tonluq yararsız süd məhsulları məhv EDİLDİ
    • 18-05-2023, 16:50
    • 271

22 tonluq yararsız süd məhsulları məhv EDİLDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ süd məhsulunu məhv edib.

Bu barədə News24.az-a AQTA-dan məlumat verilib.

Sun Food MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 22,164 ton müxtəlif növ süd məhsulu EkoSum MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.