Bayden Obamadan sonra bunu edən ikinci ABŞ lideri oldu
    • 19-05-2023, 11:26
    • 184

Bayden Obamadan sonra bunu edən ikinci ABŞ lideri oldu

ABŞ Prezidenti Co Bayden Xirosima Sülh Parkını ziyarət edən ikinci Amerika lideri olub.

News24.az xəbər verir ki, səfərin görüntüləri Xirosimada keçirilən G7 sammitinin mətbuat mərkəzində yayımlanır.

Sülh Parkı 1945-ci ildə ABŞ-ın Xirosimaya atom bombası atması nəticəsində tamamilə dağılmış Xirosima prefekturasının keçmiş Nakajima rayonunun ərazisində yerləşir. Sözügedən əraziyə 2016-cı ildə ilk səfər edən Barak Obama olub.

Bayden “Böyük Yeddilik” (G7) liderləri ilə birlikdə əklil qoyma, ağacəkmə mərasimlərində iştirak edəcək və Sülh Muzeyini ziyarət edəcək. Məlumata görə, yapon jurnalistlərin diqqəti Baydenin həmişə yanında olması lazım olan “nüvə portfeli” olan köməkçinin müşayiət olunub-olunmayacağına yönəlib. 

ABŞ Prezidenti Yaponiyaya mayın 18-də G7 sammiti üçün gəlib. Onu dövlət katibi Entoni Blinken müşayiət edir. Xirosimada G7 sammiti mayın 19-dan 21-dək keçiriləcək.

Turan