-
- 19-05-2023, 15:21
- 493
Ekspertdən XƏBƏRDARLIQ: Bazarda zəhərli kartof satılır
“Belə kartof ancaq heyvandarlıqda yem kimi istifadə edilə bilər. Əhalini belə kartofu almamağa, onu istehlak etməməyə çağırırıq”.
News24.az xəbər verir ki, bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov şəhərin iri marketlər şəbəkəsində vətəndaşlara 99 qəpiyə satılan xəstə kartoflardan danışarkən deyib. Ekspert belə kartofların qiymətinin 99 deyil, hardasa 10-15 qəpik olduğunu vurğulayıb:
“Bundan artıq belə kartoflara yüksək dəyər vermək də düzgün deyil. Bu kartofların hansı ölkədən gəldiyi haqqında məlumatımız yoxdur. Onlar əmtəəlik deyil, onu ərzaq kimi istifadə etmək olmaz. Xarici görünüşündən görünür ki, tərkibində solanin çoxdur və günəş altında uzun müddət saxlanılıb, göyərib. Solanin insan orqanizmi üçün təhlükəlidir. Ona görə də bu kartofu istehlak etmək olmaz”.
Vahid Məhərrəmov fotodakı kartofun üzərində ziyanvericilərin açıq göründüyünü də qeyd edib:
“Belə kartoflarda xəstəlik var, onları almayın”.