Ərdoğan Sinan Oğanın təklifini RƏDD ETDİ
    • 19-05-2023, 16:08
    • 814

Ərdoğan Sinan Oğanın təklifini RƏDD ETDİ

“Biz ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik. Seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək”.

News24.az xəbər verir ki, bunu Cümhur İttifaqının prezidentliyə namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan “CNN İnternational”a müsahibəsində deyib.

Sinan Oğanın ikinci turda həlledici olacağına dair arqumentlər barədə suala Ərdoğan belə cavab verib: “Mən bu şəkildə danışıqlar aparmağı sevən biri deyiləm”.

Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı bildirib ki, seçkilərdə xalq güclü türk demokratiyasını nümayiş etdirəcək: “90 faizə qədər güclü seçici fəallığı var. Bu, çox böyükdür. Bu, əhəmiyyətli bir fəallıqdır. Bu, dünyada heç bir seçkiyə bənzəmir. Ümid edirəm ki, bu seçkilərdən millətim bizi yanıltmayacaq”.

Turan