-
- 20-05-2023, 11:05
- 358
Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi istifadəyə VERİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi əsaslı təmir olunub.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, şöbənin əsaslı təmir olunduqdan sonra açılışı baş tutub. Açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Anar İsrafilov, TƏBİB-in aidiyyəti struktur bölmə rəhbərləri, Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev, tibb müəssisəsinin əməkdaşları və b. iştirak ediblər.
Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Ginekologiya və doğum şöbəsinin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Ginekologiya və doğum şöbəsi tibb müəssisəsində 10 ildən artıq fəaliyyət göstərib. 2013-cü ildə Doğum şöbəsi müvəqqəti fəaliyyətini dayandırsa da, Ginekologiya şöbəsi əhaliyə xidmət göstərməyə davam edib.
Xəstəxananın ikinci mərtəbəsində yerləşən 22 çarpayıdan ibarət şöbə 2 əməliyyat, 2 manipulyasiya, ginekologiya və doğuş otağı olmaqla 2 qəbul, 1 sterilizasiya otaqlarından ibarətdir. Şöbədə 1 funksional diaqnostika, 5 palata, daha 5 uşaq palatası, 2 əməliyyat öncəsi geyim otağı var.
Şöbə ən yeni tibbi avadanlıqlarla, anesteziya (narkoz) aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat, xəstəbaşı monitor, EKG aparatı, portativ rentgen aparatı, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küveyz, avtoklav, sterilizator və s. təchiz edilib.
Hazırda şöbədə 10 mama-ginekoloq, 3 həkim-neonatoloq, 5 mama, 10 tibb bacısı fəaliyyət göstərir.
Qeyd edək ki, Xətai Tibb Mərkəzi 2 korpusdan, 152 çarpayıdan ibarətdir. Tibb mərkəzində Terapiya, Nevrologiya, Reanimasiya və intensiv terapiya, Ümumi cərrahiyyə və uşaq cərrahiyyəsi şöbələri, Bakı şəhəri üzrə yeganə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən Otorinolarinqologiya şöbəsi var.
TƏBİB tabeliyində olan tibb müəssisələrinin təmir və bərpasını, lazımi avadanlıqlarla təchiz olunmasını, kadr təminatını, əlçatan tibbi xidmətin təşkilini bundan sonra da davam etdirəcəkdir.