Aviaşirkətdən Gürcüstan prezidentinə uçuş QADAĞASI
    • 22-05-2023, 10:19
    • 229

Aviaşirkətdən Gürcüstan prezidentinə uçuş QADAĞASI

Gürcüstanın “Georgian Airways” aviaşirkətinin direktoru Tamaz Qayaşvili ölkə prezidenti Zurabişvilinin şirkətin təyyarələri ilə səyahətinə qadağa qoyulduğu açıqlayıb.

News24.az xəbər verir ki, buna səbəb Gürcüstan prezidenti Salome Zurabişvilinin aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsi olub.

"Hörmətli Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz onu arzuolunmaz şəxs elan edirik və gürcü xalqından üzr istəməyincə təyyarələrə minməsinə icazə verməyəcəyik" - deyə Geyaşvilinin mövzu ilə bağlı açıqlamasında bildirilib. /Haber Global/