Maşın ikiyə bölündü, sürücü sağ qaldı - VİDEO
    • 18-02-2019, 15:42
    • 863

Maşın ikiyə bölündü, sürücü sağ qaldı - VİDEO

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda qeydə alınıb.
Rayondan Bakıya gələn “Toyota Pickup” markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.
İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.