Sürücü “KamAZ”ın altına girdi
    • 7-08-2019, 20:30
    • 1 111

Sürücü “KamAZ”ın altına girdi

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonunun Cəngi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın eyni yolda hərəkətdə olan “KamAZ”ın altına girib.

Nəticədə, “Mercedes”in sürücüsü ağır yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.