Rusiyada hərbi komissarlıqda yanğın
    • 22-05-2023, 11:08
    • 124

Rusiyada hərbi komissarlıqda yanğın

Rusiyanın Obninsk şəhərində hərbi komissarlığın yerləşdiyi binada yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın binanın 6-cı mərtəbəsində qeydə alınıb və 50 kvadrat metr ərazini əhatə edib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Preobrajenski rayonunda da hərbi komissarlıq yanıb. 

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Orenburq vilayəti sakinini saxlanılıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, gənc Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktı hazırlayırmış.