Rusiyada səfərbərliyə etiraz edən şəxs hərbi komissarlığı yandırdı - VİDEO
    • 26-09-2022, 13:08
    • 425

Rusiyada səfərbərliyə etiraz edən şəxs hərbi komissarlığı yandırdı - VİDEO

Rusiyanın Volqoqrad vilayətinin Uryupinsk şəhərində hərbi komissarlıq yandırılıb. 

News24.az Rusiya KİV-ə istinadla xəbər veri ki, bu dəfə yanğını törədən şəxs yerindəcə həbs edilib.

İlkin məlumatlara görə, səhər saat 4 radələrində naməlum şəxs avtomobili Uryupinsk hərbi komissarlığının girişinə sürüb, daha sonra o, avtomobildən çıxıb və binaya "Molotov kokteylləri" atmağa başlayıb.

Bu zaman hərbi komissarlığın yaxınlığından keçən patrul həmin gənci görüb və həbs edib. Hərbi komissarlığı yandıran şəxs 35 yaşlı Mixail Filatovdur. Həbs edildikdən sonra o, səfərbərliyə qarşı olduğunu, bu yolla öz etirazını çatdırmaq istədiyini bildirib.

Yanğın qısa müddtədə söndürülüb.