13 yaşlı Əfsanə evlənmək üçün evdən qaçıbmış - TƏFƏRRÜAT
    • 22-05-2023, 15:39
    • 494

13 yaşlı Əfsanə evlənmək üçün evdən qaçıbmış - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, dörd gün əvvəl itkin düşən Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Əfsanənin evdən qaçaraq Xaçmaz rayonuna getməsinin bəzi təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov News24.az-a bildirib ki, ilkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. 


Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.

Nilay