-
- 22-05-2023, 17:10
- 451
Laçına köçün detalları AÇIQLANDI
Məcburi köçkünlərin doğma yurdlarına növbəti qayıdışının Laçın rayonuna olacağı planlaşdırılır.
News24.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda reallaşdırılması gözlənilən köç zamanı birinci mərhələdə Laçın şəhərinə 20 ailənin, yəni 97 nəfərin köçürülməsi nəzərdə tutulub.
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər 30 ilə yaxın Vətən həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Məcburi köçkün həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə başçısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daim məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıb, onların problemlərinin həllinə kömək göstərib.
Məcburi köçkünlərin doğma yurdlarına növbəti qayıdışının Laçın rayonuna olacağı planlaşdırılır. Yaxınlarda, reallaşdırılması gözlənilən köç zamanı birinci mərhələdə Laçın şəhərinə 20 ailənin, yəni 97 nəfərin köçürülməsi nəzərdə tutulub. Köçürülənlər Bakı, Sumqayıt və Abşeron ərazisində, əsasən, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir", - deyə Komitə rəsmisi vurğulayıb.
Qeyd edək ki, Laçına köç prosesinə gələn aydan başlanılacaq.