“Vaqner”-dən Baxmut açıqlaması:
    • 23-05-2023, 09:29
    • 316

“Vaqner”-dən Baxmut açıqlaması: "İyunun 1-dək..."

Ukraynanın Baxmut şəhərində qarşıdurmaların davam etdiyi bir vaxtda Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin yeni iddia irəli sürüb.

News24.az xəbər verir ki, daha əvvəl Baxmut şəhərini tamamilə ələ keçirdiklərini deyən Priqojin, iyunun 1-dək şəhəri rus ordusuna təslim edəcəklərini vəd edib. O, cümə axşamından etibarən Baxmutun nəzarətini rus ordusuna keçirməyə başlayacaqlarını açıqlayıb.

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Ukrayna qüvvələrinin şəhərdə olduğunu və irəlilədiyini bildirib.O əlavə edib ki, Ukrayna qoşunları hələ də şəhərin Litak ərazisində bəzi məntəqələrə nəzarət edir. /Yeni Şafak/