-
- 23-05-2023, 10:07
- 240
"TikTok" sosial şəbəkəni qadağan edən ştatı məhkəməyə verir
"TikTok" sosial şəbəkəsi ABŞ-da bu platformanı ilk dəfə tamamilə qadağan edən Montana ştatının rəhbərliyini məhkəməyə verib.
News24.az xəbər verir ki, məhkəmədə bu qadağanın ABŞ Konstitusiyasının söz azadlığını təmin edən birinci düzəlişini pozduğu iddia edilib.
Şirkət şəxsi və yüz minlərlə istifadəçiniin biznesini qorumaq üçün Montana ştatının konstitusiyaya zidd olan TikTok qadağasına meydan oxuyacaqlarını bildirib.
Qeyd edək ki, aprel ayında yerli qanunverici orqan tərəfindən qəbul edilən yeni qanuna əsasən, əyalətdə "TikTok" mobil proqramını yükləmək qadağandır.
Beləliklə, "Apple" və "Google" öz tətbiq mağazalarında tətbiqi yükləməyə girişi bloklamalıdır. Əks halda onları cərimə gözləyir. Qadağa yanvarın 1-dən qüvvəyə minəcək. /TASS/