Bu şəxslərə “TikTok”dan istifadə QADAĞAN EDİLDİ
    • 24-02-2023, 14:46
    • 390

Bu şəxslərə “TikTok”dan istifadə QADAĞAN EDİLDİ

Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformasından istifadə qadağan edilib. 

News24.az xəbər verir ki, qərar komissiyanın təhlükəsizlik narahatlıqları ilə əlaqədar qəbul edilib. 

Qurumun rəhbər rəsmilərindən biri nəşrə açıqlamasında bildirib ki, bu gün səhər bütün əməkdaşlara "TikTok" platformasını rəsmi elektron avadanlıqlarından, eləcə də işlə bağlı mobil tətbiqlərin olduğu fərdi smartfonlardan silmək göstərişi verilib.

"TikTok"u saxlamaq istəyənlərdən isə işlə əlaqəli tətbiqləri telefonlarından silmələri istənilib. 

Komissiya üzvlərinə tətbiqi silmələri üçün martın 15-dək vaxt verilib. 

Qumral Əliyeva