-
- 28-02-2023, 11:27
- 284
"TikTok" qadağan edildi
Kanada hökuməti Çin şirkətinin məşhur sosial media proqramı olan "TikTok"-u təhlükəsizlik riski yaratdığı üçün hökumətə məxsus mobil cihazlarda qadağan etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, qadağa bu gündən qüvvəyə minib.
Kanada Xəzinədarlıq Şurasının sədri Mona Fortier ötən gün hökumət tərəfindən verilmiş mobil cihazlarda "TikTok" tətbiqinin istifadəsinin qadağan olunduğunu açıqlayıb.
"28 fevral 2023-cü il tarixindən etibarən "TikTok" tətbiqi hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək. Bu cihazların istifadəçilərinin gələcəkdə proqramı endirməsi də qarşısı alınacaq. "TikTok"-u nəzərdən keçirdikdən sonra Kanadanın Baş İnformasiya Mütəxəssisi (CIO) onun məxfilik və təhlükəsizlik baxımından qəbuledilməz səviyyədə olduğuna qərar verib"-deyə açıqlamada bildirilib.
Mona Fortier qeyd edib ki, mobil cihazda "TikTok"-un məlumat toplama üsulları telefonun daxilinə əhəmiyyətli girişi təmin edir. Bu proqramdan istifadənin riskləri aydın olsa da, hökumət məlumatlarının ələ keçirildiyinə dair hələlik heç bir sübutları yoxdur. /Haber Global/
Teymur MƏMMƏDOV