Trampın məxvi sənədlərlə bağlı problemi davam edir - Bu dəfə...
    • 23-05-2023, 10:14
    • 250

Trampın məxvi sənədlərlə bağlı problemi davam edir - Bu dəfə...

Federal prokurorluq ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Trump Organization"  şirkətinə xarici ölkələrdəki biznes əməliyyatları haqqında məlumat vermək üçün çağırış vərəqəsi göndərib.

News24.az xəbər verir ki, müstəntiqlər Ağ Evdən Florida ştatındakı Mar-a-Laqo malikanəsinə aparılan məxfi sənədlərdəki məlumatlarla maraqlana biləcək ölkələrlə Trampın biznes əlaqələrini araşdırırlar.

Həmçinin Trampın ABŞ prezidenti vəzifəsinə gəldiyi 2017-ci ildən bəri bağlanmış sövdələşmələr barədə məlumat tələb edilib. 

"Trump Organisation" əvvəllər Donald Trampın prezidentliyi dövründə xarici şirkətlərlə yeni sövdələşmələrə girməyəcəyini bildirmişdi.

ABŞ-ın xüsusi prokuroru Cek Smit hazırda keçmiş ABŞ prezidentinin məxfi sənədlərlə düzgün davranmamasını araşdırır. /The New York Times/