Tramp Ağ Evdən məxfi sənədlər oğurlayıb? – FTB-dən keçmiş prezidentin EVİNƏ BASQIN
    • 9-08-2022, 11:15
    • 620

Tramp Ağ Evdən məxfi sənədlər oğurlayıb? – FTB-dən keçmiş prezidentin EVİNƏ BASQIN

Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın evi olan “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hadisəni təsdiqləyib.

O, axtarışın əsassız olduğunu və özündən əvvəl heç bir ABŞ prezidentinin belə bir hadisəni yaşamadığını bildirib.

Bu ilin əvvəllərində sabiq prezidentin evində gizli sənədlərlə dolu 15 qutu aşkarlanıb. Federal qanunlar məxfi dövlət sənədlərinin icazə verilən yerlərdən çıxarılmasını qadağan edir.

FTB əməkdaşları Trampın dövlət başçısı postunu tərk edərkən Ağ Evdən götürdüyü sənədləri axtarıb.

Məlumata görə, Tramp əməliyyat zamanı Nyu Yorkdakı “Trump Tower”də olub.

Vüsalə Babaşova