Sirrlər ortaya çıxdı - TRAMP CÜTLÜYÜ HAQDA BİLMƏDİKLƏRİNİZ
    • 15-06-2020, 12:44
    • 969

Sirrlər ortaya çıxdı - TRAMP CÜTLÜYÜ HAQDA BİLMƏDİKLƏRİNİZ

ABŞ-ın birinci xanımı Melania Tramp haqqında yazılan kitab gələn həftə işıq üzü görəcək. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kitabda M.Trampın Donald Tramp ilə evliliklərindəki diqqətçəkən məqamlar yer alıb.

"Vashington Post" müxbiri Meri Cordan tərəfindən yazılmış və beş fərqli ölkədəki 100-dən çox adamla edilən reportajlar əsasında hazırlanan kitabda Trump cütlüyü haqqında əvvəllər eşitməyən məlumatlar yer alıb.

"Melaniya Trampın danışılmayan hekayəsi" adlı kitabda qeyd edilib ki, Donald trampın etdiyi xəyanətlərdən sonra Melaniya tramp Birinci xanım olmağı uzun müddət qəbul etməyib. 

Bundan başqa M.Trampın həyat yoldaşı ilə yataq otaqlarını ayrıdığı da bildirilib. 

Kitabdakı başqa bir gizli detal isə Melaniya Trampın oğlu Barronun maddi hüquqlarını yaxşılaşdırmaq üçün 2017-ci ildə Donald Tramp ilə evlilik müqaviləsini yeniləməsinə dair iddiadır.