Belə şəkillər daha çox qadınların "yaraşığı" olur... - Kəmalə Ağazadə
    • 23-05-2023, 12:12
    • 215

Belə şəkillər daha çox qadınların "yaraşığı" olur... - Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şəxsi "Facebook" səhifəsində dəhşətli faktlar açıqlayıb. 

News24.az xəbər verir ki, o, paylaşımında qadının şiddətə məruz qalmasıyla bağlı fikirlər səsləndirib. 

"22 apreldə bir uşaq yerləşdirildi sığınacağa. Anası barədə məlumatımız səthi idi, bircə bildirildi ki, anası bir nəfərin evini yandırdığına görə həbs olunub. Bir az öncə ananı tapmışam. Ana dediyinə görə ev yandırmayıb, özünü yandırıb... Qeyri-rəsmi yaşadığı şəxs tərəfindən uşağının gözü qarşısında davamlı olaraq şiddət gördüyündən, bıçaqla hədələndiyindən benzin töküb özün yandırıb... 1 aydır ağır vəziyyətdə yatır... Uşağın anasının durumundan xəbəri yoxdur, sığınacaq onun üçün sakit məkandır, yetərincə gözü qarşısında dəhşətlər görüb... Qadın 15 yaşında övladını dünyaya gətirib...

Ardını da yazım, yoxsa səbəbkarlardan danışaq?

Fotonu çıxarda da bilərəm... Belə şəkillər daha çox qadınların "yaraşığı" olur..."

Aynurə