Nadir flora və fauna növləri xüsusi mühafizə altına alınacaq
    • 23-05-2023, 14:01
    • 228

Nadir flora və fauna növləri xüsusi mühafizə altına alınacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq Abşeron yarımadası və Bakı ətrafında artıq 5 ərazi seçilib. Həmin ərazilərdə yayılan nadir flora və fauna növləri xüsusi mühafizə altına alınacaq.

News24.az
xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, sonrakı dövlərdə ölkənin bütün ərazilərində mikrorezervatların yaradılması üçün işlər görüləcək:

“Əsasən də Qarabağ və Şərqi Zəngəzurda flora və fauna növləri işğaldan çox əziyyət çəkib. Həmin fauna və flora növlərinin bir sıra hallarda mühafizəsi üçün rezervatların yaradılması nəzərdə tutulub”.