Bakının mərkəzində “Prius” dəhşətli qəza törətdi
    • 23-05-2023, 18:12
    • 228

Bakının mərkəzində “Prius” dəhşətli qəza törətdi

Bakı şəhər Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində zəncirvari yol qəzası baş verib.

News24.az xəbər verir ki, taksi şirkətlərindən birinə məxsus olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çxaraq yol kənarındakı avtomobillərə çırpılıb. Nəticədə qəza törədən avtomobil tamamilə yararsız hala düşüb. Yol kənarındakı digər 4 avtomobilə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

Taleh BAĞIROV