Avtomobil kanala aşdı, bir nəfər öldü – Foto

Avtomobil kanala aşdı, bir nəfər öldü – Foto Hadisə

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (APA.az)

Avtomobil kanala aşdı, bir nəfər öldü – Foto