Bu il övladlığa verilən uşaqların sayı açıqlandı
    • 23-05-2023, 18:33
    • 205

Bu il övladlığa verilən uşaqların sayı açıqlandı

Cari ilin ötən dövrü ərzində 57 uşaq övladlığa verilib. 2019-cu il noyabrın 1-dən indiyədək 420 uşaq övladlığa götürülüb. Onlardan 212 nəfəri oğlan, 208 nəfəri isə qızlardır. Uşaqlardan 242 nəfəri öz qohumu tərəfindən övladlığa götürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən News24.az-a verilən məlumata görə, uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların yaşadıqları ailələrdəki vəziyyətin öyrənilməsi üçün monitorinqlər aparılır.

Görülən reinteqrasiya tədbirləri nəticəsində 2022-ci ilin noyabr ayından bu günədək 75 uşaq isə öz ailəsinə qaytarılıb.

Qeyd edək ki, övladlığagötürmə üzrə idarəetməni 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib.