-
- 24-05-2023, 13:36
- 835
Bakıda qardaşının qayınanasını zorladığı deyilən şəxs günahsız imiş – ŞOK TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində ittiham edilən 1978-ci il təvəllüdlü Fuad Şeydayevin məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin ittiham edildiyi Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq hərəkətləri) maddələri üzr cinayət törətməməsi qənaətinə gəlib. Məhkəmənin 11 may 2023-cü il tarixli hökmü ilə 45 yaşlı şəxsə bəraət verilib və onun barəsindəki cinayət təqibi dayandırılıb.
Bildirilib ki, Fuad Şeydayev barəsində mərhum qardaşının qayınanası olan D.Məmmədova şikayət edərək cinayət işi açdırıbmış. Belə ki, D.Məmmədova qızının qayınının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşadığı evə gələrək sərxoş halda ona təcavüz etməsi və 1 saata yaxın müddətdə zorladığını bildirmişdi. Lakin məhkəmədə yaşlı qadın şikayətini geri götürüb və F.Şeydayevlə barışdığını bildirib.
Taleh BAĞIROV