-
- 31-10-2024, 13:41
- 501
Məşhur vəkil Çeçenistanda saxlanıldı
Məşhur vəkil Timur İdalov Çeçenistanda saxlanılıb.
News24.az Publika.az-a istinadən xəbər verir ki, o, məhkəmə üçün Moskvaya aparılıb.
İlkin məlumata görə, Timur İdalov paytaxtı tərk edərək Çeçenistanda gizlənmək qərarına gəlib.
Vəkil dövlət məmurlarına qarşı zorakılıq etməklə hədələməkdə ittiham olunur.
Timur İdalov onun işinə Çeçenistanda baxılmasına israr etsə də, Ali Məhkəmə materialları Ximkiyə göndərib.
Vəkil son söz deməsi üçün məhkəmə iclasına gətiriləcək.