-
- Bu gün, 13:37
- 90
Qara Qarayev: "Qriqorçuk məni qucaqlamaq istədi"
Qrioqçukla normal görüşdük. Hətta ona bildirdim ki, qərarınıza hörmətlə yanaşıram. News24.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində "Araz-Naxçıvan"ın yeni transferi Qara Qarayev deyib. "Neftçi"nin sabiq futbolçusu peşəkar şəkildə verilən qərarların müzakirəsinin olmadığını bildirib: "Bu sözümdən sonra Qrioqçuk məni qucaqlamaq istədi. Yenə deyirəm, bu, onun qərarı idi. Onun düşüncəsini məşq prosesində dəyişə bilərdim. Amma bu da alınmadı. Bununla belə, Qriqorçuk deyirdi ki, sən öz işinə ən məsuliyyətlə yanaşan futbolçulardansan.
Qeyd edək ki, Qara Qarayev "Neftçi"dən klubun sabiq baş məşqçisi Roman Qrioqçuka görə ayrılmışdı.