Bayramov ATƏT rəsmisi ilə əsir düşmüş hərbçilərin durumunu müzakirə etdi
    • 24-05-2023, 14:48
    • 249

Bayramov ATƏT rəsmisi ilə əsir düşmüş hərbçilərin durumunu müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə Ermənistanda əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bununla yanaşı, davam edən mina təhdidləri, Üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.