Göyərtinin möhtəşəm faydaları
    • Dünən, 16:46
    • 122

Göyərtinin möhtəşəm faydaları

Amerika alimləri hesab edirlər ki, insanlar gün ərzində göy qurşağının rənglərinə uyğun olaraq 7 rəngdə məhsulla qidalanmalıdılar. Ən çox üstünlük isə göyərtiyə verilməlidir. Çünki o, antioksidantlarla zəngindir. Yəni hüceyrələri xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur.

Cəfərinin tərkibində çoxlu kalium, kalsium, dəmir, fosfor və C vitamini var. Orqanizmin immunitetini möhkəmləndirir, görmə qabiliyyətini, dərinin rəngini və vəziyyətini yaxşılaşdırır, həm də sidikqovucu effektə malikdir.

Şüyüd C vitamini, kalium, dəmirlə zəngindir. Qanazlığı, hipertoniya, mədə-bağırsaq pozğunluqları kimi xəstəliklərdə faydalıdır.

Keşniş B və PP qrup vitaminləri ilə zəngindir. Sinir sistemini stressdən qoruyur, dərini təravətləndirir, ürək və bağırsağın yaxşı işləməsinə kömək edir. 

News24.az