Paşinyan Azərbaycanla bağlı ilk dəfə açıq şəkildə bunu dedi
    • 24-05-2023, 15:05
    • 343

Paşinyan Azərbaycanla bağlı ilk dəfə açıq şəkildə bunu dedi

“Dörd saatdan çox davam edən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə açıq şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etdi. Bu, çox mühüm ilk addımdır”.

News24.az
xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya ofisinin administratorunun köməkçisi Erin Elizabet Makki Nümayəndələr Palatasının xarici əlaqələr üzrə alt komitəsində keçirilən dinləmələrdə deyib.

“Bu bəyanat çox əhatəlidir”, - Makki Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq deyib.

“Biz Azərbaycanın cavabını gözləyirik, lakin bu, irəliləyişdir”, - amerikalı diplomat vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğunu bəyan etdi.

Turan