-
- 24-05-2023, 15:27
- 290
Uşaqlarda ən çox rast gəlinən qurdlar AÇIQLANDI
Azərbaycanda uşaqlar arasında ən çox entorebius və askarid qurdlarına rast gəlinir.
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov deyib. Həkim bildirib ki, uşaqların dişlərini qıcaması və ağızlarından su axması zamanı qurd olmasına dair miflər olsa da, bu hər zaman belə olmur.
“Uşaqların qurda yoluxması müxtəlif simptomlarla özünü göstərə bilər. Qurd xəstəliklərinin müalicəsində bilinən sübutlu dərmanlardan istifadə etməyi tövsiyə edirəm. Əks halda ciddi fəsadlar yarana bilər. Qurd tapıldıqdan sonra bəlli protokollara uyğun müalicə aparılmalıdır”, - deyə həkim qeyd edib.