-
- 24-05-2023, 17:25
- 238
Rusiyanın ən müasir kəşfiyyat gəmisi Bosforda hücuma məruz qaldı
Ötən gecə Rusiyaya məxsus “İvan Xurs” kəşfiyyat gəmisi Bosfor boğazından keçərkən üç pilotsuz təyyarənin hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Rybar” Teleqram kanalı məlumat yayıb.
PUA hücumu səhər saat 5:30-da (Moskva vaxtı ilə) Bosfor boğazından 40 dəniz mili şimalda keçdikdən sonra baş verib. Hücum dəf edilib. İlkin məlumata görə, gəmiyə heç bir ziyan dəyməyib.
“İvan Xurs” 18280 (kəşfiyyat gəmisi) layihəsinin ilk seriyalı rabitə gəmisidir. Rusiya Federasiyasının Qara dəniz donanmasının bir hissəsidir. Rusiya Hərbi Dəniz Qüvvələrinin ən müasir kəşfiyyat gəmisi hesab olunur. Rabitə və donanma nəzarətinin təmin edilməsi, radiokəşfiyyat və elektron müharibənin aparılması, Amerika raketdən müdafiə sisteminin komponentlərinin izlənilməsi vəzifələrini icra edir. Gəminin avadanlıqları geniş tezlik diapazonunda radiosiqnalları aşkarlamağa və onların mənbəyinin yerini müəyyən etməyə imkan verir.
Turan