Sülh sazişi imzalanacaq, Azərbaycan ordusu Qarabağı... - Markovdan şok proqnoz
    • 25-05-2023, 12:50
    • 477

Sülh sazişi imzalanacaq, Azərbaycan ordusu Qarabağı... - Markovdan şok proqnoz

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Teleqram kanalında “Azərbaycan və Ermənistan arasında danışıqların məntiqi” adlı yazı dərc edib.

News24.az xəbər verir ki, Markov sözügedən yazısında 14 əsas detalı qeyd edib.

Markovun qeydini təqdim edirik:

1. Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür. 2,5 ildən sonra 5 illik Soçi razılaşması başa çatacaq və o zaman Azərbaycan ordusu bütün Qarabağı güc yolu ilə tam nəzarətə götürə bilər.
2. İrəvan Rusiya və KTMT-ni Ermənistan uğrunda vuruşmağa məcbur etməyə çalışdı. Uğursuz oldu.
3. Ona görə də Paşinyan etiraf etməyə hazırdır ki, Qarabağ Azərbaycandır.
4. Amma Paşinyan Qarabağı sadəcə olaraq Azərbaycana tam təslim etsə, onu devirəcəklərindən və ya öldürəcəklərindən qorxur.
5. Buna görə də Paşinyan Qarabağın erməni icmasına Azərbaycanın tərkibində muxtariyyət verilməsini tələb edir.
6. Paşinyan beynəlxalq təşkilatın bu muxtariyyətin qarantı olmasını tələb edir.
7. Amma Azərbaycanın çox güclü tarixi təcrübəsi var ki, ermənilərə muxtariyyət verilsə, o zaman ilk çətin dövrdə arxadan vuracaqlar. Ona görə də Azərbaycan Qarabağın erməni icmasının muxtariyyətinin qəti əleyhinədir.
8. Azərbaycan beynəlxalq təşkilatın Qarabağda uzunmüddətli rolunun əleyhinədir. Anlayır ki, Aİ ora daxil olarsa, o zaman onları oradan çıxarmaq çətin olacaq.
9. Azərbaycan Qarabağ ermənilərinə bütün Azərbaycan xalqları kimi müdafiə təklif edir. Azərbaycan çoxmillətli cəmiyyətdir. Multikulturalizm isə Azərbaycanın rəsmi ideologiyasıdır.
10. Amma Qarabağ erməniləri qorxur. Paşinyan da qorxur.
11. Dünyadakı erməni diasporu isə qəzəblidir.
12. Ona görə də çox güman ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olacaq. Muxtariyyətdən bəhs edilmədən.
13. Və ayrıca, Qarabağın erməni icması üçün bir növ təminat haqqında müvəqqəti razılaşma.
14. Azərbaycan müasir və humanist dövlətdir, istərdi ki, ermənilərin bir hissəsi Qarabağda qalsın.

Turan