-
- 25-05-2023, 11:55
- 425
Paşinyan "Qarabağ Azərbaycandır" dedi, sülh sazişi bu gün İMZALANA BİLƏR
“Putin bu gün Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda vasitəçilik edəcək. Paşinyan etiraf edib ki, Qarabağ Azərbaycandır. Ona görə də sülh müqaviləsi mümkündür. Ancaq üç rəqabət platforması var, Rusiya, Aİ, ABŞ”.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Teleqram kanalında qeyd edib.
Paşinyan Ermənistanı Rusiyanın müttəfiqlərindən ayırmaq və Fransanın aparıcı rol oynadığı Aİ-nin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamaq istəyir. Fransa isə dünyanın ən ermənipərəst ölkəsidir. Azərbaycan və Ermənistan həm Rusiyaya, həm ABŞ-a, həm də Aİ-yə hörmətini bildirir və üç yerdə növbə ilə danışıqlar aparır. Bu gün növbə Rusiyanındır. Rusiya ilə ABŞ və Aİ arasında fərq ondadır ki, Rusiya öz sərhədlərində sabit sülh istəyir, ABŞ və Aİ isə əsas məsələ sülh deyil, Rusiyanın sıxışdırılması və manipulyasiya üçün bölgəyə girməsidir”.
Turan