-
- 25-05-2023, 13:17
- 1 220
Qərb Qarabağdakı vəziyyətə müdaxilə edir, amma... - Şoyqu
“Qərb Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.
News24.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında bildirib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki regionun təhlükəsizliyini və rifahını uzunmüddətli perspektivdə təmin etmək”. “Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və xüsusi xidmət orqanlarının da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur”, - Şoyqu bildirib.
“Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, - nazir vurğulayıb.
Turan