-
- 25-05-2023, 15:18
- 320
Ermənistan KTMT iclasından niyə imtina etdi?
Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin Minskdə keçirilən iclasında iştirak etmir. Parlamentin hakim fraksiyasının katibi Artur Hovhannisyan Papikyanın mühüm iclasda iştirak etməməsinin mümkün səbəblərindən danışıb.
News24.az-ın məlumatına görə, Hovhannisyan xatırladıb ki, əvvəllər Ermənistan hakimiyyəti ölkənin KTMT ilə bağlı tutduğu mövqeyi artıq təsvir etmişdi və qurumdan çıxmaq barədə hər hansı söhbət getməyib.
“Suren Papikyanın bu tədbirdə iştirak etməməsinin Ermənistanla KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur. Mən təfərrüatları bilmirəm, amma əminəm ki, burada heç bir siyasi kontekst yoxdur, bunlar bəzi texniki məsələlərdir. Bunun KTMT ilə əlaqəsi yoxdur”, - Hovhannisyan bildirib.
Turan