Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək
    • 26-09-2022, 20:35
    • 338

Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb./APA/