-
- 25-05-2023, 17:16
- 472
11 yaşında ölən qız bacısını xilas etmək istəyirmiş – Təfərrüat
Cəlilabad rayonunda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub.
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.
Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.
Bu zaman o, bacısının köməyinə gəlib. Azyaşlı bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.
Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.
Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.