-
- Dünən, 22:15
- 92
Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində işləmiş daxili xidmət polkovnik-leytenantı Dədəş Əlbağış oğlu Ataşov 2023-cü ilin noyabr ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib".
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsi 2024-cü ilin iyun ayından daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu tərəfindən icra olunur.