-
- 26-05-2023, 11:27
- 220
Ekvadordon bir ton narkotiki onlar gətirirmiş - Ermənistan hakimiyyəti belə İFŞA OLDU
Ermənistanın Milli Təhlükəsizlik Xidməti narkotik qaçaqmalçılığı ilə bağlı detalları açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə “Joqavurd” qəzeti yazır.
Nəşr xatırladır ki, Milli Təhlükəsizlik Xidməti bir neçə gündür ki, Ermənistana narkotik vasitələrin gətirilməsinə cəhdlərin ifşası barədə məlumatlar yayıb. Əvvəlcə Ermənistana qaçaqmalçılıq yolu ilə 1 ton kokainin gətirildiyi məlum olub. Bir neçə gün sonra onların İrandan Ermənistana bir partiya narkotik və silah gətirmək niyyətində olduqları barədə məlumat yayılıb. Detallar bununla bitmir.
“Hüquq-mühafizə orqanları işdə Ermənistanın hazırkı hakimiyyətinin tanınmış nümayəndələrinin iştirak etdiyini müəyyən edib”, - nəşr yazır.
Qəzet qaçaqmalçılıqla konkret kimin əlaqəsi olduğunu tezliklə açıqlayacağına söz verib.
Xatırladaq ki, mayın 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən 1 ton kokaini saxlayıb. Nəhəng narkotik partiyası (onun dəyəri təxminən 250 milyon avro qiymətləndirilir) İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib. Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan və ələ keçirilən yükün ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir. Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.
Turan