Azərbaycanda övladının toyuna hazırlaşan musiqiçi öldü

Azərbaycanda övladının toyuna hazırlaşan musiqiçi öldü
HADİSƏ

26-05-2023, 11:34

Mətn ölçüsü

Qaxda 46 yaşlı müəllim vəfat edib.

News24.az xəbər verir ki, İlham Nəzərovun rayondakı çayxanalardan birində dostları ilə çay içərkən qəfildən halı pisləşib. O, oturduğu stuldan yıxılıb və dünyasını dəyişib.

1977-ci il təvəllüdlü Nəzərov Qax İncəsənət Məktəbində müəllim kimi işləməklə yanaşı, həm də rayonda tanınmış musiqiçilərdən biri olub. Bir neçə gün sonra onun yeganə övladının toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.