Siyəzəndə əməliyyat: 2 nəfər saxlanıldı
    • 27-05-2023, 10:41
    • 250

Siyəzəndə əməliyyat: 2 nəfər saxlanıldı

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və əkilib-becərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.